Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda qalib gəlib


Digərləri 01 İyn 2019 22:41:09 181 0

Futbol üzrə Azərbaycan millisi yoxlama oyununda qalib gəlib

“Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib

Bakı. İyunun 1-də “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Dmitri Nazarov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub.