Kobaxidze Bakıya səfərinin anonsunu verdi


Dünya 01 İyn 2019 22:31:00 255 0

Kobaxidze Bakıya səfərinin anonsunu verdi

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana səfər edəcək.

Son.az oxu.az-a istinadən bildirir ki, Kobaxidze jurnalistlərə açıqlamasında səfərin iyun ayında baş tutacağını bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstanla Azərbaycan arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.