Səbaildə dənizə düşən şəxsin meyiti tapılıb


Digərləri 01 İyn 2019 21:50:57 196 0

Səbaildə dənizə düşən şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxslərdən birini xilas edib, digərinin isə meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.