Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?


Digərləri 01 İyn 2019 21:50:00 273 0

Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?

İnsanlar əgər Qədr gecəsinin qədrini bilsəydilər, elə bir nəticə əldə edərdilər ki, bu cür nəticəni dəyərləndirmək heç bir ins, cin və mələk üçün mümkün olmazdı. "Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir. O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər". ("Qədr" 2-4).

Həzrət Peyğəmbər (s) buyurur: "Bəni-İsrayildən bir nəfər döyüş paltarını əyninə geyinib və min ay bu paltarda qalır. Allah yolundakı cihadda iştirak etmək üçün hazır olur. Bu kişinin əhvalatı səhabələri təəccübləndirir. Arzu edirlər ki, bu iftixar onlara da nəsib olsun. Qədr surəsinin 3-cü ayəsi nazil olur".

Son.az deyerler.org-a istinadən bildirir ki, bir nəfər İmam Sadiqə (ə) sual verir: "Ruh - həmin Cəbrayildirmi?". İmam (ə) buyurur: "Cəbrayil - mələkdir və ruh da mələkdir. Məgər Allah buyurmayıb ki: "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər"".

"Min kulli əmr" ayəsini isə belə təfsir edirlər ki, mələklər insanların taleyini təyin etmək və xeyir və bərəkət gətirmək üçün nazil olarlar.

Qədr gecəsi elə bir gecədir ki, Quran nazil olmuşdur və bu gecə edilən ibadət və əhya min aydan daha fəzilətli hesab olunur. Ona görə də başdan-başa xeyir və bərəkətlə dolu bir gecədir. Həm bərəkət bəndələrə şamil olar və həm də mələklər göydən yerə enərlər. Şeytan zəncirdə olduğu üçün insanlar ibadətə xüsusi həvəs göstərərlər.

İmam Baqirdən (ə) soruşurlar: "Siz bilirsinizmi ki, Qədr gecəsi hansı gecədir?". İmam (ə) buyurur: "Necə bilməyim ki, o gecə mələklər ətrafımızda dövr vurarlar".

Nəql edilir ki, bir neçə mələk Həzrət İbrahimin (ə) yanına gəlir və övladı olacağı ilə müjdələyir və Həzrət İbrahim (ə) onlara salam verir. Onun bu salamdan apardığı ləzzət dünyada olan ləzzətlərə çatmazdı. İndi düşünün ki, bu gecə mələklər dəstə-dəstə nazil olar və bizi əhatə edərlər. Möminlərə salam verərlər, nə qədər ləzzət və bərəkəti olar.

Nə zaman İbarahimi (ə) oda atmaq istəyirlər, mələklər gəlib ona salam verirlər və atəş sönüb gülüstana çevrilir. Görəsən mələklərin möminlərə verdiyi salamla cəhənnəm atəşini də söndürə bilərmi?