İnflyasiya və qlobal risklər pisləşsə...


Digərləri 01 İyn 2019 21:25:00 229 0

İnflyasiya və qlobal risklər pisləşsə...

ABŞ Mərkəzi Bankı (Fed), ölkədə inflyasiya aşağı qalmaqda davam edərsə və qlobal risklər pisləşsə səbirli mövqeyini sona çatdırıb faiz endiriminə gedə bilər.

Son.az marja.az-a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Trampın Çin ilə ticarət müharibəsi səbəbindən artan iqtisadi risklər, Fed rəsmilərinin səbirli dayanmalarını bir kənara qoymalarına və faiz endiriminə yönəlmələrinə səbəb ola bilər.

ABŞ Mərkəzi Bankı, Trampın Çin ilə bu ay ticarət müharibəsini şiddətləndirdiyi,  bunun nəticəsində bazarların sarsıldığı və qlobal iqtisadi inkişafa təhdidin artdığı bir mühitdə,onsuz da aşağı olan inflyasiya ilə mübarizə aparır.

ABŞ-da inflyasiya 10 ildir davam edən yumuşaq pul siyasəti dövrünün böyük qisimində hədəf səviyyə olan 2%-dən aşağı qalıb. Əgər risklər davam edərsə ya da pisləşsə, bu vəziyyət Fed rəsmilərini iqtisadiyyatı dəstəkləmək üçün potensial faiz endirimini də ehtiva edən addımlar atmağa yönəldə bilər.

Fed sədrinin köməkçisi Richard Clarida Cümə axşamı günü etdiyi açıqlamada, "Əgər gələn məlumatlar inflyasiyanın 2% olan hədəfimizdən inadçı şəkildə aşağı qaldığını ya da qlobal iqtisadi proseslərin risklər yaratdığını göstərsə, rəsmilər, faizlərin dəyişdirilib dəyişdirilməməsini qiymətləndirəcəklər" deyib.