Bulvarda üç nəfər özünü dənizə atdı, biri boğuldu


Digərləri 01 İyn 2019 21:27:00 232 0

Bulvarda üç nəfər özünü dənizə atdı, biri boğuldu

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

Təxminən 22-23 yaşında oğlan özünü dənizə atıb.   

Məlumata görə, həmin şəxslə yanaşı iki dostu dənizə atılıb.

Onların içkili olduğu bildirilir. Üç nəfərdən ikisinin həyatını xilas etmək mümkün olsa da, biri boğulub.

Bakı bulvarında baş vermiş hadisənin təfərrüatı məlum olub.

Son.az baku.ws-yə istinadən bildirir ki, suda boğulan gənc "Tik-tok" video platforması üçün video çəkmək istəyib.

Hadisə şahidləri bildiriblər ki, saat 18.00 radələrində iki dost bulvarda suya atılaraq kadrları lentə almaq istəyib. Onlardan biri, adı hələlik məlum olmayan 22 yaşlı oğlan suda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib.