TANAP bu ilin sonunadək 3 milyard kubmetr qaz tədarük edəcək


Digərləri 01 İyn 2019 21:02:00 293 0

TANAP bu ilin sonunadək 3 milyard kubmetr qaz tədarük edəcək

Bu ilin sonunadək Trans-Anadolu (TANAP) qaz kəməri vasitəsilə "Şahdəniz" yatağından 3 milyard kubmetrədək qaz nəql olunacaq.

Bu barədə özəl olaraq Trend-ə TANAP konsorsiumundan bildiriblər.

Bu il mayın 1-dən TANAP-ın birinci mərhələsi çərçivəsində 1,5 milyard kubmetr qaz nəql olunub.

Bu marşrutla qazın kommersiya nəqli ötən il iyunun 30-dan başlayıb.

Hələlik TANAP qaz kəməri Eskişehir şəhərinədək qaz nəql edir. Şərqdə bu kəmər Səngəçal qaz terminalından başlayan Cənubi Qafqaz boru kəməri ilə birləşir.

TANAP-ın Eskişehirdən Yunanıstan sərhədinə qədər olan hissəsi işə salındıqdan sonra bu layihə Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik (TAP) qaz kəməri ilə birləşəcək.