ANAMA ay ərzində 300ə qədər partlamamış hərbi sursat aşkarlayıb FOTO


Digərləri 01 İyn 2019 19:57:00 322 0

ANAMA ay ərzində 300ə qədər partlamamış hərbi sursat aşkarlayıb  FOTO

2019-cu ilin may ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551,987 kv.m (55.20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat, 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 534,451,206 kv.m ərazi təmizlənib, 803,597 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 10, Dövlət Sərhəd Xidmətindən - 2, Rayon Polis Şöbələrindən - 2, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən - 1 müraciət daxil olub.

Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılıb, 110 ədəd partlamamış hərbi sursat , 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.