Nazir: "Bazardakı qiymət fərqləri diqqətimizdədir"


Digərləri 01 İyn 2019 18:50:00 244 0

Nazir: "Bazardakı qiymət fərqləri diqqətimizdədir"

Kənd təsərrüfatı məhsullarına kənddə istehsalçı tərəfindən qoyulan qiymətlə pərakəndə satış nöqtələrindəki qiymət arasında kəskin fərqin olması Kənd Təsərrüfatı Nazirliyinin diqqət mərkəzindədir. 

Son.az oxu.az-a istinadən bildirir ki, bu fikirləri jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

"Məsələ nazirliyin diqqət mərkəzindədir. Bu problemi həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir, satış yarmarkaları təşkil olunur, böyük şəbəkə marketlərlə istehsalçıların birbaşa əlaqələri yaradılır".

Nazir ölkə ərazisində arpa və buğda biçininə başlandığını da qeyd edib.