“Tottenhem”lə “Liverpul” azarkeşi evlənir Toyda oyunu izləyəcəklər


Digərləri 01 İyn 2019 18:20:00 510 0

“Tottenhem”lə “Liverpul” azarkeşi evlənir  Toyda oyunu izləyəcəklər

"Tottenhem" azarkeşi Ceyms Aleksander və "Liverpul" tərəfdarı Ebbi Norman bir neçə ay öncə toy tarixini bu günə - 1 iyuna təyin ediblər.

Ancaq ağıllarına belə gətirməzdilər ki, bu tarixdə onların sevimli komandaları Çempionlar Liqasının finalında üz-üzə gələcəklər.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük toyda matçın yayımını təşkil etməyi planlaşdırır, həmçinin qonaqlar azarkeşlik etdikləri komandalardan asılı olaraq müxtəlif tərəflərdə oturacaqlar.