Şamaxıda faciə:


Digərləri 01 İyn 2019 17:57:00 397 0

Şamaxıda faciə:

Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlər qardaş olublar.

Onlar Şamaxı rayon Quşçu kənd sakinləri İsmayılov Ramil və İsmayılov Rasim Vahid oğludur. 

Yük maşınının sürücüsü, Qobustan sakini, 1982-ci il təvəllüdlü Şahverdiyev Ramil Əlhüseyn oğlu isə yüngül xəsarət alıb. 


Xəbərə aid fotolar