Avrokomissiya: "TANAPın birinci mərhələsinin tamamlanması Aİnin enerji təhlükəsizliyində Türkiyənin rolunu gücləndirdi"


Digərləri 01 İyn 2019 17:30:00 197 0

Avrokomissiya: "TANAPın birinci mərhələsinin tamamlanması Aİnin enerji təhlükəsizliyində Türkiyənin rolunu gücləndirdi"

Cənub Qaz Dəhlizinin bir hissəsini təşkil edən Trans Anadolu qaz kəməri layihəsinin (TANAP) birinci mərhələsinin tamamlanması Türkiyənin regionda və Avropa İttifaqı (Aİ) ərazisində enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu gücləndirib.

Son.az xəbər verir ki, bu barədə Trend Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.

"Daşımalarda təhlükəsizliyin təmin edilməsi üçün yaxşı nəticələr əldə edilib. TANAP-ın ilk mərhələsinin tikintisi 2018-ci ilin iyununda yekunlaşıb. TANAP-ın qazın Transadriatik qaz boru kəməri (TAP) ilə Avropaya nəqlini nəzərdə tutan ikinci mərhələsinin tikintisinin isə 2019-cu ilin iyununda başa çatması planlaşdırılır".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.