Azərbaycanda hər gün təxminən 427 uşaq dünyaya gəlir


Digərləri 01 İyn 2019 16:44:00 199 0

Azərbaycanda hər gün təxminən 427 uşaq dünyaya gəlir

Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşda olan gənclər təşkil edir və onların da yarıdan çoxu şəhərlərdə yaşayır.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əhalinin 65 və daha yuxarı yaşda olan hissəsi 6.8 faizdir. Əhalinin ümumi sayının 22,4 faizini 0-14 yaşda olan əhali təşkil edir. 

Məlumata əsasən, son 5 ildə ölkədə orta hesabla 16 min nəfər və ya hər gün təxminən 427 uşaq dünyaya gəlib. Ölkənin hər 1000 nəfərinə hesab ilə doğum səviyyəsi 2018-ci ildə 14,2 nəfər olub. 

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 1,8 uşaq düşür.