Rusiyada trotil zavodunda ard-arda partlayışlar - Yaralılar var


Digərləri 01 İyn 2019 14:41:00 227 0

Rusiyada trotil zavodunda ard-arda partlayışlar - Yaralılar var

Rusiyanın Nijni Novqorod vilayətində trotil istehsalı zavodunda ard-arda partlayışlar baş verib

Bakı. Rusiyanın Nijni Novqorod vilayətində trotil istehsalı zavodunda ard-arda partlayışlar baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Qeyd olunur ki, partlayışlar nəticəsində istehsal sexinin 100 kvadrat metr ərazisi tamamilə dağılıb.