Beriyanın cəllad, sutenyor cangüdəni


Digərləri 01 İyn 2019 14:23:00 235 0

Beriyanın cəllad, sutenyor cangüdəni

Onu Kremlin bütün məmurları da tanıyıb, amansızlığına, qaniçənliyinə, cəllad xislətinə də bələd olublar. Lavrenti Beriyanın şəxsi mühafizəçisi olan və ən yaxın adamlarından biri sayılan Sardion Nadaraya ətrafdakılar tərəfindən təhlükəli bir şəxs kimi qəbul olunub...

Son.az musavat.com-a istinadən xəbər verir ki, Sardion Nadaraya 1903-cü ildə Kutaisidə kəndli ailəsində anadan olub. Heç bir təhsili olmayan Sardion Nadaraya həmyerlisi Lavrenti Beriyanın köməyi ilə 1926-cı ildə Tiflisdə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub.

1936-cı ildə onun xidməti fəaliyyəti yüksək qiymətləndirilərək, Gürcüstan "NKVD"-sinin türməsinə rəis təyin olunub. Bu vəzifədə Nadaraya daha tez fərqlənib. Məhz yeni işgəncə növlərinin tətbiqi, məhbuslara xüsusi amansızlıqla yanaşma metodları onun adı ilə bağlı olub. Türmə rəisi güllənmə hökmündə şəxsən iştirak edib, prosesdən əvvəl güllələnməyə məhkum olunmaşlara amansız işgəncə verib.

Sözsüz ki, Stalin hakimiyyətinin ən amansız illəri olan 1930-cu illərin sonlarında Sardion Nadaraya qiymətli bir kadr sayılıb. Elə buna görə də Beriya Moskvaya işləməyə gedəndə Nadarayanı da özü ilə aparıb.

Onun rütbələri çox tez-tez əvəzənərək böyüyüb, artıq çiyinlərində polkovnik rütbəsi gəzdirən Sardion Nadaraya əvvəl Beriyanın şəxsi mühafizə dəstəsinin rəis müavini, sonra rəisi, daha sonra isə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyində idarə rəisi vəzifələrində xidmət edib.

Sardion Nadaraya adətən rəsmi və qeyri-rəsmi tədbirlərdə Beriyanın arxasında dayanıb. Bu xoşagəlməz simalı adam çoxlarında qıcıq yaradıb, o cümlədən İosif Stalində də.

Tədbirlərin birində, marşal Kliment Voroşilovun bağ evində keçirilən ziyafət zamanı Stalin zarfatla öz narazılığını da bildirib:

- Lavrenti Pavloviç, siz öz cangüdəninizin tərcümeyi-halına yaxşı bələdsiniz?

Qəfil sual Beriyanı çaşdırsa da, o, həmişə olduğu kimi hazırcavablığı ilə suala daha ətraflı cavab verib:

- Əlbəttə, yoldaş Stalin, mən təkcə cangüdənimin deyil, bütün "NKVD"-nin şəxsi heyətinin tərcümeyi-halını yaxşı bilirəm.

Stalin bu cavabdan sonra sən deyə müraciətə keçib: