“Diplomatiya könüllüləri” ictimai hərəkatı təsis edilib


Digərləri 01 İyn 2019 13:24:00 290 0

“Diplomatiya könüllüləri” ictimai hərəkatı təsis edilib

Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiya könüllüləri” ictimai hərəkatı təsis edilib.

Bakı. Xarici İşlər Nazirliyində “Diplomatiya könüllüləri” ictimai hərəkatının təsis edilməsi ilə bağlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov müxtəlif yerli ali təhsil ocaqlarının tələbələrindən ibarət könüllülər qrupunun yaradılması haqqında danışaraq, ölkə rəhbərinin gənclərimizə olan diqqətini vurğulayıb və “Diplomatiya könüllüləri”nin qarşıdan gələn irimiqyaslı və dövlətimiz üçün əhəmiyyətli olan tədbirlərə cəlb ediləcəyini, gənc nəsillərə yeni təcrübə qazanmaq imkanının yaradılacağını qeyd edib. Öz şəxsi təcrübəsini gənclərlə bölüşən nazir müavini, “diplomatiya könüllüsü” adını daşıyan hər bir gəncə təhsilə yüksək önəm verməyi, Azərbaycan haqqında, ölkəmizin tarixi, beynəlxalq münasibətlər sistemində rolu, apardığı xarici siyasəti və s. haqqında məlumatlı olmağı tövsiyə edib. Vətənpərvər və bilikli gənclərin ölkəmizin gələcəyi olduğu vurğulanıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğı ilə yanaşdığını xüsusilə qeyd edib. O, bildirib ki, dövlət başçısının yürütdüyü gənclər siyasəti “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunda öz təsdiqini tapıb. H.Hacıyev gənclərə səslənərək könüllü kimi fəaliyyət göstərən hər bir gənci, həmçinin “könüllü səfir” adlandırdı və məhz bu gənclərin üzərinə ölkəmizi layiqincə təmsil etmək məsuliyyətinin düşdüyünü bildirib. Adminstrasiya rəsmisi dövlət rəhbərinin gənclərə müraciətinə istinad edərək vurğulayıb ki, vətənpərvərlik, dövlət ənənələrinə sadiqlik hər bir gəncin başlıca vəzifə borcudur. O, həmçinin gəncləri müasir dövrdə informasiya sahəsindəki yeniliklərdən xəbərdar omağa səslədi, müxtəlif sosial şəbəkələrdə fəal olmağa, ölkəmiz haqqında həqiqətləri yaymağa dəvət edib. H.Hacıyev eyni zamanda, dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilən müstəqil xarici siyasət və əldə etdiyimiz nailiyyətlər haqqında gəncləri məlumatlandırıb. Daha sonra, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, “ADA” Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəlindən ibarət olan “Diplomatiya Könüllüləri”ni maraqlandırılan suallar Azərbaycan Respubikası Prezidenti Administrasiyası və XİN rəsmisi tərfindən cavablandırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin