""Rolls Royce" bir Kristianu Ronalduda, bir də məndə var" VİDEO FOTO


Şou-biznes 01 İyn 2019 12:44:00 233 0

""Rolls Royce" bir Kristianu Ronalduda, bir də məndə var"  VİDEO  FOTO

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi əməkdar artist Cavanşir Məmmədov olub. Son.az xəbər verir ki, Cavanşir Məmmədov odlu-alovlu açıqlamalar edib: "Mənim su dükanım belə yoxdur. Adam görmədiyi şey haqqında danışmaz. Biz ayağımızı atanda əvvəl ayağımızın altına baxıb sonra atmışıq. Özünüzü yığışdırın! Bilin, kimlə, necə, harda...  Məndə elə şeylər var ki, onlar açılsa çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin!" Əməkdar artist dünya şou-biznesində "Rolls Royce" markalı avtomobilin, sadəcə, futbolçu Kriştianu Ronaldu ilə onda olduğunu düşünür:  ""Rolls Royce" markalı avtomobil dünya şou-biznesində təkcə futbolçu Kristianu Ronalduda və bir də məndə, Azərbaycan Respublikasının vətəndaşı, əməkdar artist Cavanşir Məmmədovda var".


Xəbərə aid foto