“Trend” BİA və “Azernews” qəzeti 71-ci Beynəlxalq Mətbuat Konqresində təmsil olunurlar


Digərləri 01 İyn 2019 12:25:22 191 0

“Trend” BİA və “Azernews” qəzeti 71-ci Beynəlxalq Mətbuat Konqresində təmsil olunurlar

“Trend” Beynəlxalq İnformasiya Agentliyi və “Azernews” qəzeti Şotlandiyada 71-ci Beynəlxalq Mətbuat Konqresi ("World News Media Congress") və Beynəlxalq Redaktorlar Forumunda ("World Editors") iştirak etmək üçün dəvət alıblar.

Bakı. “Trend” Beynəlxalq İnformasiya Agentliyi və “Azernews” qəzeti Şotlandiyada 71-ci Beynəlxalq Mətbuat Konqresi ("World News Media Congress") və Beynəlxalq Redaktorlar Forumunda ("World Editors") iştirak etmək üçün dəvət alıblar. Transmilli media rəhbərlərinin iştirakı ilə keçirilən tədbir iyulun 1-də Qlazqo şəhərində öz işinə başlayıb və iyulun 3-nə kimi davam edəcək. Konqresdə 65-dən çox dünya KİV-lərindən 800-dən çox nümayəndə iştirak edir. "World News Media Congress" – dünya qəzetlərinin rəhbərləri, o cümlədən naşirlər, redaktorlarnın illik toplantısıdır. Tədbir hər il müxtəlif şəhərlərdə keçirilir. 2018-ci ildə Konqres Portuqaliyada 60-dan çox ölkədən 900-ə yaxın nümayəndəni 3-günlük konfranslarda, rəhbər görüşlərində, şəbəkə və ictimai tədbirlərdə iştirak etmək üçün bir araya gətirmişdi.