Deputat: Təəssüf ki, çıxışımı başqa cür yozmağa başladılar


Digərləri 01 İyn 2019 11:48:00 186 0

Deputat: Təəssüf ki, çıxışımı başqa cür yozmağa başladılar

Çox təəssüf ki, mənim Milli Məclisdəki çıxışımı başqa cür yozmağa başladılar.

Bakı. İlhamə İsabalayeva – Çox təəssüf ki, mənim Milli Məclisdəki çıxışımı başqa cür yozmağa başladılar. Bildirmək istəyirəm ki, dövlətimizin Ermənstan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə apardığı siyasəti dəstəkləyirəm və bu siyasəti ən düzgün siyasət hesab edirəm. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, mayın 30-da cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində Azərbaycan Ordusunun zabiti mayor Aqil Omarovun həlak olması bütün azərbaycanlılar kimi ona da çox pis təsir edib: “Zabiti şəxsən tanıyırdım, onu işinə bağlı, peşəkar, vətəpərvər insan kimi xarakterizə etmək istəyirəm. Bu hadisə mənə pis təsir etdi. Ona görə də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını Milli Məclisin mayın 31-də keçirilən iclasında pislədim. Bildirdim ki, bu hal Azərbaycana qarşı birinci dəfədir ki baş vermir. Mart ayında Azərbaycan və Ermənuistan rəhbərlərinin görüşləri ərəfəsində də əsgərimiz şəhid oldu”. Deputat hesab edir ki, ATƏT-in Minsk Qrupunun regiona səfəri zamanı yüksək rütbəli hərbi qulluqçunun şəhid olması Ermənistan tərəfinin bir təxribat axtarmaq cəhdi kimi qiymətləndirilir. Onun sözlərinə görə, tərəflər atəşkəs rejimini gözləməli, təxribata yol verməməli və cəbhə xətiində vəziyyəti gərginləşdirə biləcək addım atmamalıdırlar: “Azərbaycan buna əməl edir. Çox təəssüf ki, biz Ermənistan tərəfindən bunu görmürük. Mənim etdiyim çıxış da Ermənistan tərəfini sağlam düşüncəyə səsləyən bir çağırış idi. Çıxışım vəziyyətin gərginləşməsinə, yaxud da düşünülməmiş addımların atılmasına yönəlməyib. Ilk növbədə cəbhə xəttində gərginliyin azaldılması üçün addımların atılmasının vacibliyini vurğuladım”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin