Azərbaycanda qadın uşağını baxıcıya verdi, aradan çıxdı


Digərləri 01 İyn 2019 11:33:00 191 0

Azərbaycanda qadın uşağını baxıcıya verdi, aradan çıxdı

Azərbaycanda ana azyaşlı uşağını atıb. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşağın anası bu ilin aprelin 4-də rəfiqəsinin vasitəsilə bir qadın tapıb və azyaşlıya baxması üçün ona vəsait ödəyib:

"Uşağın təxminən 3 yaşı var və heç bir sənədi olmadan, müqavilə bağlanmadan baxılması üçün bir qadına verilib. Həmin qadın da pulu ödənilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib".

Kəmalə Ağazadə qeyd edib ki, azyaşlı hüquq-mühafizə orqanları tərəfindən birliyin sığınacağına təhvil verilib:

"Uşaqla söhbət zamanı anasının adının Aysel və Gəncə şəhərindən olduğunu ehtimal etdik. Məsələni ictimailəşdirməyimizin səbəbi uşağın anasını tapıb, məhkəmə yolu ilə onun analıqdan məhrum edilməsidir. Uşağa qarşı belə etmək və taleyi ilə oynamaq olmaz. Bəlkə uşaq o qadının deyil? Bəlkə oğurlanıb? Bunlar araşdırılmalıdır".