Bakıda TOEFL IBT və SAT imtahanları keçirilir


Digərləri 01 İyn 2019 09:41:00 213 0

Bakıda TOEFL IBT və SAT imtahanları keçirilir

Bu gün TOEFL IBT və SAT imtahanları təşkil olunub.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında TOEFL IBT və SAT imtahanları təşkil olunub. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahan saat 08:30-da başlayıb. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz). TOEFL IBT imtahanı isə saat 09:30-da başlayıb.