“Ortada başqa bir oyun var”


Dünya 01 İyn 2019 09:38:00 211 0

“Ortada başqa bir oyun var”

Əgər bu seçkilərin nəticələrini xaricdə kimlərsə, İstanbul xalqından daha yaxından izləyir, səhv tutur, sevinir və ya üzülürsə, demək, ortada başqa bir oyun var.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 23-də İstanbulda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı danışarkən deyib.

R. T. Ərdoğan daha sonra bunları əlavə edib:

"Ölkəmizin bir qismi böyük oyunu görməkdə çətinlik çəkir. İqtisadi sahədə yaşadığımız sıxıntıların günahını təkcə bizdə görənlər oynanılan böyük oyundan bixəbərdi. Suriya, İraq, Kipr məsələlərini təkcə bu ölkənin problemi hesab edənlər də böyük oyunu görməyənlərdi".