İşıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəz ediləcək


Digərləri 01 İyn 2019 08:59:00 227 0

İşıqforlarda düymələr "ağıllı" kameralar ilə əvəz ediləcək

Vyanada piyada keçidlərində quraşdırılacaq kameralar insanın yaxınlaşmasını müəyyənləşdirəcək və işıqforun hərəkətə icazə verən siqnalını yandıracaq.

"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, sistem insanlar yolu keçməyə vaxt tapmadığı halda yaşıl siqnalın müddətini uzadacaq, əks halda isə onu vaxtından əvvəl söndürəcək. İstehsalçılar bildiriblər ki, insanın yaxınlaşmasını müəyyənləşdirməyə təxminən 2 saniyə tələb olunur. Beləliklə, Vyana hakimiyyəti şəhərdə yolun vəziyyətini yaxşılaşdırmaq istəyir.

2020-ci ildə bəzi keçidlərin yeni sistemlə təchizinə başlanılacaq. Yeni sistem ilk öncə sınaq rejimində işləyəcək.