Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdi


Dünya 01 İyn 2019 08:33:00 238 0

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdi

Yaponiya hökuməti Rusiya ilə iyunda G20 sammitində sülh müqaviləsi üzrə çərçivə sazişini bağlamamağa qərar verib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Asahi" mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasn, Moskva və Tokio təhlükəsizlik və bəzi tarixi məqamlarla bağlı məsələlərdə razılığa gələ bilməyiblər.

Qeyd edək ki, mayın 31-də Tokioda Yaponiya və Rusiyanın Xarici İşlər və Müdafiə nazirlərinin görüşü baş tutmuşdu. "2+2" formatında keçirilən görüşündən sonra Yaponiyanın Xarici İşlər naziri Taro Kono ölkəsinin Rusiya ilə sülh müqaviləsi barədə danışıqları davam etdirməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, Yaponiya və Rusiya arasında uzun illərdir sülh müqaviləsinin imzalanmaması iki ölkənin münasibətlərinə kölgə salır. 1855-ci ildə imzalanmış Ticarət və Sərhədlər barədə Traktata əsaslanan rəsmi Tokio Kunaşir, Şikotan, İturup və Habomai adalarının Yaponiyaya məxsus olduğunu bildirir.