Şəkidə bir dam altında tikilən iki ev yanıb


Digərləri 01 İyn 2019 07:35:00 235 0

Şəkidə bir dam altında tikilən iki ev yanıb

Şəkidə yanğım hadisəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Oxud kəndində bir dam altında tikilən ümumi sahəsi 155 m² olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsində eyvanın döşəməsi 35 m² sahədə, birinci mərtəbəsində 2 otağın tavanı 32 m² sahədə, ümumi sahəsi 45 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.