Azərbaycan nefti ucuzlaşır


Digərləri 31 May 2019 23:39:00 204 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 69,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,4 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,27 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.