Yunanıstana üz tutan miqrantların sayında artım müşahidə olunur


Dünya 31 May 2019 22:40:00 253 0

Yunanıstana üz tutan miqrantların sayında artım müşahidə olunur

Yunanıstanda hava şəraitinin yaxşılaşması ilə əlaqədar keçən həftədən etibarən qeyri-qanuni miqrantların sayının çoxalması müşahidə olunur. Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 20-30-u tarixlərində ölkəyə minə yaxın miqrant üz tutub. Bu isə miqrasiyanın 32,5 faiz çoxaldığından xəbər verir. Hazırda ölkədə 75 min qeyri-qanuni miqrant var.

Yunanıstan hökuməti və yerli əhali adalarda miqrantların çoxalmasından narahatdır.