Azercell-dən Ramazan Bayramı münasibətilə yeni kampaniya


Digərləri 31 May 2019 22:14:00 205 0

Azercell-dən Ramazan Bayramı münasibətilə yeni kampaniya

Bayram sevincini Azercell ilə yaşayın!

Bakı. Sərfəli tariflərlə ünsiyyəti daha da əlçatan edən Azercell, Ramazan bayramı ərəfəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Belə ki, 31.05.2019-06.06.2019 tarixləri ərzində fakturasız xətt abunəçiləri 5005 qısa nömrəsinə BAYRAM açar sözünü göndərib, balansına 5 AZN və daha çox vəsait yükləyərək, eyni məbləğdə bonus qazanacaq. Şirkətdən Trend-ə verilən məlumata görə, ödəniş üsulundan asılı olmayaraq, 5AZN/10AZN/25AZN/50AZN/100AZN dəyərində yüklənişlərə təqdim edilən bonus şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/ramadan2019/ səhifəsinə daxil olun. Bu bayramda Azercell ilə öz doğmalarınıza bir zəng qədər yaxın olun!