Portuqaliya polisi uşaqların təhlükəsizliyi üçün qolbaqlar paylayır


Digərləri 31 May 2019 21:59:00 221 0

Portuqaliya polisi uşaqların təhlükəsizliyi üçün qolbaqlar paylayır

Bu həftə Portuqaliya tərəfindən "Estou Aqui! Crianças" ("Mən buradayam! Uşaqlar") kampaniyasına başlanılacaq. Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin arzu edən hər sakininə öz uşağı üçün qolbaq əldə etmək təklif olunur. Qolbağın üzərində uşağın şəxsi məlumatları hərfli-rəqəmli kod şəklində yerləşdirilib. Bu məlumat uşağın itəcəyi halda fövqəladə xidmətləri onun valideynləri ilə təcili əlaqə saxlamasına imkan verəcək.

Qolbaqlar fərdidir və pulsuz paylanılır.

Ötən il polislər tərəfindən 68 min belə qolbaq paylanılıb.