Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib (FOTO)


Digərləri 31 May 2019 21:55:00 144 0

Yelkənçilərimizin Fransada keçirləcək Avropa çempionatına hazırlıqlarına start verilib (FOTO)

Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada “Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bakı. Yelkənli İdman Federasiyasının “Optimist” sinfi üzrə yelkənçilərindən ibarət komandası Fransada “Optimist” sinfi üzrə keçiriləcək Avropa çempionatında iştirak edəcək. Azərbaycan Yelkənli İdman Federasiyasından Trend-ə verilən məlumata görə, çempionata hazırlıq məqsədilə yelkənçilər İzmirdə məşqlərə start veriblər. Təlim – məşq düşərgəsində Azərbaycanı “Optimist” sinfi üzrə yelkənçilər Kristina Kərimova, Fidan Ağazadə, Səxavət Əzimov, Murad Hacı-Zadə, Timur Sıkaçevskiy, “Optimist” sinfi üzrə baş məşqçi təmsil edirlər. Seyhun Yıldızın rəhbərliyi altında təlimatlanan yelkənçilərimiz qayıqların hazırlanması, yelkənlərin qurulması prosesini uğurla baş çatdırıblar. Hazırlıq məşqlərində Yunanıstan, Malta, Bolqarıstan və Türkiyədən olan yelkənçilər də iştirak edir. Məşqlərə Beynəlxalq və Dünya Yelkəni üzrə məşqçi Vagelis Atzemian tərəfindən hazırlıq toplantısından sonra məşqlərə start verilib. Yelkənçilər xüsusi çətin şərtlər altında məşqlərə cəlb olunublar. Saatlarla davam edən məşqlərdə Azərbaycan Yelkənli İdman Federasiyasının yelkənçiləri bacarıq və hazırlıqları ilə beynəlxalq məşqçilərin rəğbətini qazanmağa müvəffəq olubar. Yelkənçilər maraqlı bir yoxlamadan da keçiblər. İki nəfərdən biri tünd qara eynəklə yelkəni idarə etməli olub. Komanda yoldaşının müşaiəti altında toplanış məntəqəsinə səhvlərə yol vermədən çatmaq məşq prosesində çətin və maraqlı anlar yaşadıb. Yelkənçilərin peşəkarlığını və sayıqlığını artırmaq məqsədilə tətbiq edilən bu addım idmançıların mübarizəsini daha gücləndirib.