Gündoğandan günbatana kimi oruc diabet riskini azaldır Qanda maraqlı dəyişim


Digərləri 31 May 2019 21:45:00 249 0

Gündoğandan günbatana kimi oruc diabet riskini azaldır  Qanda maraqlı dəyişim

Müsəlmanların saxladığı oruc kimi gün çıxmazdan gün batana kimi ac qalmaq insanda şəkərli diabet yaranması riskini azaldır. Bunu Texas Tibb Kollecinin alimləri bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, onlar 14 sağlan insan üzərində tədqiqat aparıblar. Bu insanlar 30 gün ərzində sutkada 15 saat qida və sudan uzaq durub. Onlardan bir orucdan əvvəl, bir ortada, bir də bitdikdən sonra qan analizi götürülmüşdü. 

Nəticələrdə qanda tropomiozin zülalının səviyyəsinin artması görünüb. Bu zülal hüceyrələrin insulinə həssaslığında vacib rol oynayır, qan plazmasında qlükozanın effektiv istifadəsi üçün əhəmyyətlidir. 

Deməli, oruc tutduqda piylənmə, metabolik sindrom,diabet və qaraciyər xəstəliklərinin inkişafının qarşısı alınır.