“Receb İvedik” oyuncaqlarını satan 17 min cərimələndi


Digərləri 31 May 2019 20:50:00 341 0

“Receb İvedik” oyuncaqlarını satan 17 min cərimələndi

Türkiyənin məşhur aktyoru Şahan Gökbakar onlayn şəkildə "Receb İvedik" oyuncaqlarını satan şəxsi məhkəməyə verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kino ulduzu sözügedən obrazın yaradıcısı olduğunu qeyd edərək Üzeyir Karaçelik adlı vətəndaşdan şikayətçi olub.

Şahan məhkəmə prosesində iştirak edib, hakim onun lehinə qərar çıxarıb. Belə ki, Ü. Karaçelik aktyora 17 min TL dəyərində təzminat ödəyəcəyək.