Berendən Kənan paylaşımı “Evlənəndə həvəssiz idim…”


Digərləri 31 May 2019 20:18:00 224 0

Berendən Kənan paylaşımı  “Evlənəndə həvəssiz idim…”

Türkiyənin məşhur aktrisası Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulu ilə boşanmaqları barədə yayılan şayiələrə nöqtə qoyub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində Kənanla fotolarını paylaşaraq pop ulduzun ad gününü təbrik edib.

Bundan əlavə, aktrisa zamanla problem yaşadığını, lakin indi hər şeyin qaydasında olduğunu vurğulayıb: "Boşanmaq işin ən rahat hissəsidir. Mən evlənəndə də qarşı tərəfə nisbətən həvəssiz idim. Mənim üçün əsas sevgidir, sevgi də olacaq. İnsanların sevgidən başa düşdükləri bir yastıqda qocalmaq, ya bərabər ölməkdir? Bilmirəm!  Sən, təbii ki, yeni mahnılar yazacaqsan. Artıq içində nə qəzəb, nə peşmanlıq var. Sən mənim gözümdən axan hər göz yaşına dəyər bir insansan. Yaxşı ki, sənə aşiq olmuşam".


Xəbərə aid foto