Aydın Mirzəzadə: "Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm"


Siyasət 31 May 2019 19:26:00 333 0

Aydın Mirzəzadə: "Parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm"

Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi.

Son.az xəbər verir ki, Milli Məclisdən Son.az-a verilən məlumata görə, bu bəyanatla millət vəkili Aydın Mirzəzadə çıxış edib.

Deputat deyib: "Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.

Azərbaycan dövlətinin vətəndaşı kimi həmişə terrorun əleyhinə olmuşam və parlamentdəki çıxışımın radikal çağırış kimi qəbul edilməməsini xahiş edirəm.

Dövlətimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş prinsipial siyasətini dəstəkləyirəm və onu dövrün tələblərinə cavab verən ən düzgün siyasət hesab edirəm".