Dünyadakı ən təhlükəli canlı


Digərləri 31 May 2019 19:15:00 201 0

Dünyadakı ən təhlükəli canlı

Bir insan dayanmadan saymağa başlasa, 1 trilyona çatmaq üçün 32 min il lazımdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, alimlər belə  iddia edir.

Sizə alimlərin indəyədək ortaya çıxardığı və iddia etdiyi bir çox maraqlı məqamı təqdim edirik:

Çəyirtkələrin qulaqları dizlərindədir.

Saat istiqamətində fırlanan yeganə planet Veneradır.

Həyatımızın bir hissəsinə çevrilən "Google"un ilk adı "BackRub" olub. 15 sentyabr 1997-ci ildə platformanın qurucuları Leri Peyc və Sergey Brin "Google" adını rəsmiləşdiriblər.

Dünyada ən çox cinayət işlənilən yer Vatikandır. 2017-ci ildəki statistikaya əsasən, min nəfərin yaşadığı ölkədə 600-dən çox cinayət hadisəsi baş verib.

Hər il dünyada ən çox film istehsal edilən ölkə Amerika yox, Nigeriyadır. Burada həftəyə 50 film çəkilir.

Çox adam dünyadakı ən çox piramidanın Misirdə olduğunu bilir. Lakin 220 piramida ilə bu rekord Sudandadır.

Osminoqların səkkiz ayağı ilə yanaşı, üç ürəyi və doqquz beyni var.