Sabahdan ov mövsümü açıq elan edilir


Digərləri 31 May 2019 18:49:00 93 0

Sabahdan ov mövsümü açıq elan edilir

Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 01 iyun tarixindən etibarən açıq elan edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, ov qaydaları, mövcud tələblər, ovu qadağan olunmuş növlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- Hər il ov mövsümü mayın ayının sonu iyunun əvvəli açıq elan edilir, niyə ov mövsümü məhz bu tarixdə açılır?

- Məlumdur ki, vəhşi heyvan və quşların ovuna icazə verilərkən ilk növbədə onların bioloji xüsusiyyətləri əsas götürülür. Yəni vəhşi heyvan və quşların çoxalma və balalama dövründə ov fəaliyyətinə icazə verilmir. Bu səbəbdəndir ki, heyvan və quşların ov icazəsi müddətləri ciddi fərqlənir, bəzi növlərə mövsümün əvvəlində, bəzilərinə isə sonunda icazə verilir və ya bir sıra növlərin ovlanma müddəti cəmi 1,5-2 ay olduğu halda, digər növləri 4-5 ay ərzində ovlamaq olar. Qaldı 01 iyun tarixinə, ov mövsümünün başlanması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Koordinasiya Şurası tərəfindən müzakirə edilib və 01 iyun 2019-cu il tarixindən etibarən mövsümün başlanmasına qərar verilib.

- Builki ov mövsümündə vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə icazə verilir?

- Dağıstan turu 01 iyun 2019-cu il - 12 oktyabr 2019-cu il, Qaban (Çöldonuzu) 14 sentyabr 2019-cu il - 21dekabr 2019-cu il, Dovşan 16 noyabr 2019-cu il - 11 yanvar 2020-ci il, Bataqlıq qunduzu (nutriya) - 05 oktyabr 2019-cu il - 15 fevral 2020-ci il, Cüllüt (ağquyruq çökük burun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) - 14 sentyabr 2019-cu il - 23 noyabr 2019-cu il, Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) - 12 oktyabr 2019-cu il - 07 mart 2020-ci il, Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) -12 oktyabr 2019-cu il - 07 mart 2020-ci il, Qaşqaldaq 12 oktyabr 2019-cu il - 07 mart 2020-ci il, Alabaxta və bildirçin 24 avqust 2019-cu il - 16 noyabr 2019-cu il tarixlərində ovlana bilər.

- Ov üçün icazə necə və hansı təşkilatlardan alınır?

- Ovçular Nazirliyin Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müvafiq sənədlərini təqdim etməklə ov üçün icazə ala bilərlər. Ovçuluqla məşğul olmaq üçün ilk növbədə ovçuluq bileti alınmalı, daha sonra isə müvafiq bank hesablarına rüsum ödənilməlidir.

- Vaxtaşırı olaraq mətbuatda icazəsiz ov edən şəxslərin saxlanılması, cərimə edilməsi barədə məlumatlar yayılır. Bu o deməkdirmi ki, ov turizmi ilə məşğul olanlar qaydaları bilmir?

- Ola bilər ki, ovçuluğa yeni başlayanlar bəzi qaydaları və tələbləri bilməsin. Lakin hesab edirəm ki, təcrübəli ovçuların böyük əksəriyyəti qaydalardan xəbərdardır.

Hər il ov mövsümünün başlanğıcında biz ictimaiyyətə KİV və sosial şəbəkələr vasitəsilə maarifləndirici məlumatlar veririk.

Andjey Duda: "Polşa TransXəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır" like
  • 31 May 18:45  
Siyasət Andjey Duda: "Polşa TransXəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır"

Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdı

arrow Ətraflı
Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi like
  • 31 May 18:44  
Dünya Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının toplantısını k

arrow Ətraflı
Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır like
  • 31 May 18:38  
Digərləri Andjey Duda: Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdır

Polşa Trans-Xəzər daşımalar dəhlizlərində iştirak etməkdə maraqlıdı

arrow Ətraflı
Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlandı like
  • 31 May 18:35  
Kriminal Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlandı

Ağcabədi və Siyəzəndə çətənə kolları aşkarlanıb.

arrow Ətraflı
Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI like
  • 31 May 18:31  
Dünya Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurd

arrow Ətraflı
AQTA heyvan kəsimi ilə bağlı yeni like
  • 31 May 18:28  
Digərləri AQTA heyvan kəsimi ilə bağlı yeni

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçiv

arrow Ətraflı