Bakıda 79 yaşlı kişi vuran sürücü qaçdı


Kriminal 31 May 2019 18:40:00 294 0

Bakıda 79 yaşlı kişi vuran sürücü qaçdı

Bakıda yaşlı kişini maşın vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, R. Rüstəmov küçəsi 27 ünvanında baş verib.

Həmin ünvanın qarşısında naməlum avtomobil Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Əbdülrəhimov Rasim Qədir oğlunu vuraraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.