Polşa Prezidenti: Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik


Digərləri 31 May 2019 18:33:00 87 0

Polşa  Prezidenti: Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik

Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik

Bu xəbəri də oxu: Zühur əsrində ədliyyə sistemi

Bakı. Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib. Andjey Duda qeyd edib: "Hörmətli cənab Prezident, hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq". Polşa Prezidenti, həmçinin vurğulayıb: "Cənab Prezident, biz bu gün enerji sektoru haqqında danışdıq. Biz, həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada, həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu. Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI like
  • 31 May 18:31  
Dünya Havay adalarında təhlükəli qurd XƏBƏRDARLIĞI

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurd

arrow Ətraflı
AQTA heyvan kəsimi ilə bağlı yeni like
  • 31 May 18:28  
Digərləri AQTA heyvan kəsimi ilə bağlı yeni

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçiv

arrow Ətraflı
“İlin anası” ərini ürəyindən bıçaqladı  FOTO like
  • 31 May 18:26  
Dünya “İlin anası” ərini ürəyindən bıçaqladı FOTO

İngiltərənin Bertli şəhərində vaxtilə "İlin anası" mükafat

arrow Ətraflı
SOCAR qazma işlərinin həcmini artırıb like
  • 31 May 18:23  
Digərləri SOCAR qazma işlərinin həcmini artırıb

2018-ci ildə SOCAR qazma işlərinin həcmini artırıb, ümumilikdə 160 min m

arrow Ətraflı
AQTA heyvan kəsimi ilə bağlı yeni video-çarx yayıb like
  • 31 May 18:21  
Digərləri AQTA heyvan kəsimi ilə bağlı yeni video-çarx yayıb

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçiv

arrow Ətraflı
SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar (FOTO) like
  • 31 May 18:17  
Digərləri SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar (FOTO)

Rövnəq Abdullayev Türkiyənin “TEKFEN” şirkətlər qrupunun İdarə Hey

arrow Ətraflı