SOCAR qazma işlərinin həcmini artırıb


Digərləri 31 May 2019 18:23:00 295 0

SOCAR qazma işlərinin həcmini artırıb

2018-ci ildə SOCAR qazma işlərinin həcmini artırıb, ümumilikdə 160 min metrdən çox qazıntı aparılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda "Xəzər Neft və Qaz" konfransında deyib.

Onun sözlərinə görə, bu göstərici 2015-2016-cı illərdə 110 min metrə bərabər olmuşdu:

"Quyuların sayı dəyişməsə də, ayrı-ayrılıqda hər quyunun orta dərinliyi 1,2 metrdən 1,9 metrədək artıb".