“İlin anası” ərini ürəyindən bıçaqladı FOTO
Dünya 31 May 2019 18:26:00 377 0
İngiltərənin Bertli şəhərində vaxtilə "İlin anası" mükafatının laureatı olmuş qadın - Helena Karin Atay həyat yoldaşını qətlə yetirib. Hadisə spirtli içkiyə görə onların arasında yaranan mübahisə zamanı baş verib.
Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, 42 yaşlı Helena spirtli içki almağa getmək istəyirmiş. Həyat yoldaşı Atakan buna etiraz edib. Mübahisə zamanı Atakan ona yumruq vurub. Məhkəmədə qadın deyib ki, özünü müdafiə etmək məqsədilə stolun üstündən bıçağı götürüb ərini vurub. Bıçaq kişinin ürək nahiyəsinə saplanıb.
45 yaşlı Atakan yaralı olsa da, təcili yardıma zəng edərək, həkim çağırıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Britaniyalı qadın deyir ki, məqsədi ərini öldürmək olmayıb, affekt vəziyyətdə bu addımı atıb: "Biz dalaşırdıq, necə oldusa, hər şey bir anda nəzarətdən çıxdı.
Helena Karin Atay | Foto: Daily Mail
Mənbə: milli.az