Prezident İlham Əliyev: Azərbaycanda son illər aparılan iqtisadi islahatlar imkan verir ki, maliyyə imkanlarımızı genişləndirək


Digərləri 31 May 2019 18:16:35 197 0

Prezident İlham Əliyev: Azərbaycanda son illər aparılan iqtisadi islahatlar imkan verir ki, maliyyə imkanlarımızı genişləndirək

Azərbaycanda son illər aparılan iqtisadi islahatlar imkan verir ki, maliyyə imkanlarımızı genişləndirək

Bakı. Azərbaycanda son illər aparılan iqtisadi islahatlar imkan verir ki, maliyyə imkanlarımızı genişləndirək. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində polşalı həmkarı Andjey Dudanın da iştirak etdiyi Azərbaycan-Polşa biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mən hesab edirəm ki, biznes dairələri üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır. Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə imkanlarımızı genişləndirək: "Xarici dövlət borcu aşağı səviyyədədir, biz çalışırıq ki, daha da aşağı səviyyəyə endirək. Hazırda bu, ümumi daxili məhsulun 19 faizini təşkil edir. Biz beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət qiymət verirlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin