Bakıda bacısının sevgilsini öldürən şəxsə
Kriminal 31 May 2019 18:08:00 287 0
Bakıda qətdə törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Elnur Abdullayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin noyabrında paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürüb.
Əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan Murad Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub.
Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib və Murad Quliyevlə 2 aya yaxın birgə yaşayıb.
Murad Quliyev qadınla birgə Qəbələyə gedib.
Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub.