Prezident İlham Əliyev: Növbəti mərhələdə Azərbaycan-Polşa biznes qurumlarının müntəzəm bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır


Digərləri 31 May 2019 17:59:14 174 0

Prezident İlham Əliyev: Növbəti mərhələdə Azərbaycan-Polşa biznes qurumlarının müntəzəm bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır

Növbəti mərhələdə Azərbaycan-Polşa biznes qurumlarının müntəzəm bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır.

Bakı. Növbəti mərhələdə Azərbaycan-Polşa biznes qurumlarının müntəzəm bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin". Prezident İlham Əliyev əlavə edib: "Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin