Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib


Digərləri 31 May 2019 17:59:41 176 0

Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib

Bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib.

Bakı. Bu gün Bakı Gənclər Mərkəzində Gənclər Fondunun təşkilatçılığı ilə “31 May Ümumdünya Tütünlə Mübarizə Günüdür” adlı tədbir keçirilib. Fonddan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov tütündən istifadənin təhlükəsi və tütün epidemiyasına qarşı aparılan mübarizə metodlarından bəhs edib. O bildirib ki, dünyada ölüm səbəbləri arasında tütün ikinci yerdədir, ictimai və iş yerlərində tütündən istifadənin azaldılması nəticəsində bu faktoru aradan qaldıra bilər və biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik.