Çində maraqlı kəşf: qədim qəbirdən ölümsüzlük eliksiri tapıldı FOTO


Dünya 31 May 2019 17:32:00 186 0

Çində maraqlı kəşf: qədim qəbirdən ölümsüzlük eliksiri tapıldı  FOTO

Çinin Xenan vilayətinin Loyan şəhərində qədim sərdabə kəşf edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, sərdabə Qərbi Xan sülaləsi dövrünə aiddir və yaşı 2 min ildən çoxdur. Sərdabədəki bürünc, nefrit və keramik əşyaların yaxşı qalması alimləri təəccübləndirib. 

Alimləri ən çox təəccübləndirən isə içində sarı maye olan səhəng olub. Əvvəlcə arxeoloqlar düşünüblər ki, sarı maye çaxırdır. Çünki ondan spirt iyi gəlib.

Həm də sözügedən regionda düyüdən çaxır çəkmək qədim zamanlarda artıq mövcud idi. Amma laboratoriya analizləri fərqli nəticə üzə çıxarıb. Mayenin tərkibində alunit və nitrat kalium olub. Daos mətnlərinə əsasən isə, bu kimyəvi maddələr ölümsüzlük eleksiri hazırlamaq üçün istifadə edilib.


Xəbərə aid fotolar