Siyəzəndə ağır qəza:


Digərləri 31 May 2019 17:33:00 227 0

Siyəzəndə ağır qəza:

Siyəzən rayonunda ağır yol qəzası baş verib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisində qeydə alınıb.

Belə ki, 45 yaşlı Yaşar Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlər: Bakı şəhər sakini, 71 yaşlı Larisa İvanovna Lapina və Şabran rayonunun Ağalıq kənd sakini, 27 yaşlı Mövlud Əmiraslanov hadisə yerində ölüb.

"Mercedes"də olan digər sərnişin - Bakı şəhər sakini, 31 yaşlı Nərmin  Hacıbalayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.