Filippini güclü zəlzələ silkələdi


Dünya 31 May 2019 17:14:00 185 0

Filippini güclü zəlzələ silkələdi

Filippinin Mindanao adası sahillərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Davao şəhərindən 130 kilometr cənub-şərqdə qeydə alınıb.

Yeraltı təkanlar yerin 80 kilometrliyində baş verib.

Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.