AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirildi


Digərləri 31 May 2019 17:09:00 239 0

AMEA magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı müəyyənləşdirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında ödənişli yerlər üzrə illik təhsil haqqı 1600 manat olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, bu il AMEA-nın magistraturasına qəbul planında ödənişli yerlər də nəzərdə tutulub:" Bu il təklif etdik ki, plan yerlərinin üçdə biri ödənişli olsun. Mən həmişə bunun əleyhinə idim. Amma görürük ki, akademiyanın magistraturasına maraq artıb, sənəd verənlər yüksək bal toplayanlardır. Onlar arasında yüksək rəqabət vəziyyəti yaranır və qəbuldan kənarda qalanlar olur. Ona görə də bu il ödənişli yerlər üzrə də qəbul aparılır".

A.Əlizadə əlavə edib ki, b u il AMEA-nın magistraturasına qəbul üçün

138 plan yeri elan edilib. Onun 35-i ödənişlidir.