Baş kəsmək istəyən gənc ölkədən qovuldu


Dünya 31 May 2019 16:46:00 206 0

Baş kəsmək istəyən gənc ölkədən qovuldu

Türkiyənin Bursa şəhərində mübahisə zəminində "Baş kəsəcəyəm" deyən suriyalı gənc ölkədən deportasiya edilmək üçün Miqrant İdarəsinə təslim olunub.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, olaydan sonra Suriya vətəndaşı saxlanılsa da, məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı.

Yanındakı uşağı küçədə döyən qadına bir kişinin "Bura Türkiyədir, burada uşağınızı döyə bilməzsiniz" etirazına qadının yanındakı suriyalı gəncin cavabı belə olmuşdu: "Baş kəsəcəyəm".

Olaydan sonra A.A.F. adlı şəxs saxlanılıb. Lakin sərbəst buraxılan gənc yaxın saatlarda Türkiyədən deportasiya ediləcək.