Filippinlə Kanada arasında zibil ədavəti bitdi


Dünya 31 May 2019 16:33:00 235 0

Filippinlə Kanada arasında zibil ədavəti bitdi

Mayın 31-də Kanadaya məxsus tullantılar yüklənmiş gəmi, nəhayət ki, Filippin sahillərini tərk edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, zibil dolu konteynerlər yüklənmiş gəmi Kanada sahillərinə doğru hərəkət edib.

Qeyd edək ki, Kanada 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etdiyi üçün hələ bir neçə həftə öncə Filippin Kanadadakı səfir və konsullarını geri çağırmışdı.

Həmin vaxt ölkə XİN-i bəyan etmişdi ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.